Nasrin Sultanova
Legal Issues Expert
2012-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
2012-2014-cü illərdə “American-Turkish Education LLP” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində hüquq məsələləri üzrə menecer kimi əmək fəaliyyətinə başlayıb.
2014-2018-ci illərdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində məsləhətçi (məhkəmə iclas katibi) işləyib.
2018-ci ildən indiyədək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (Deutsche Gesellschaft für Internationale Zusammenarbeit - GIZ) və Avropa Şurasının Bakıdakı Ofisinin (Azerbaijan Council of Europe Office in Baku) təşkilatçılığı ilə keçirilən Avropa İnsan Hüquqları Məhkəməsi, əmək hüququ, korporativ hüquq, inzibati hüquq və s. seminarlarda iştirak etmişdir.