1979-1984-cü illərdə Azərbaycan Politexnik İnstitutu "Avtonəqliyyatın istismarı və daşımalar üzrə mühəndis" ixtisasına sahib olub.
1984-1990-cı illərdə Avtomobil Nəqliyyatı Nazirliyinin "Bakısənayeticarət avtonəqliyyat birliyində usta, dispetçer, təchizat üzrə böyük mühəndis, kalon rəisi kimi müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
1990-2005-ci illərdə SSRİ DİN Bakı Xüsusi Orta Milis məktəbində, sonra Azərbaycan Respublikası DİN-in Polis Akademiyasında müəllim, baş müəllim vəzifələrində çalışıb.
1992-1996-cı illərdə Polis Akademiyasının qiyabi şöbəsində ikinci ali hüquq təhsili alıb hüquqşünas ixtisasına yiyələnib. Müharibə veteranı, istefada olan polis polkovnik-leytenantıdır.
2005-2015-ci illərdə özəl sektorda poliqrafiya ve reklam fəaliyyət növləri ilə, istehsal, təchizat, satış və idarəetme sahələri üzrə müxtəlif vəzifələrdə çalışıb.
2015-2019-cu illərdə "ATEF Şirkətlər Qrupu" MMC-nin idxal-ixrac şöbəsində aparıcı mütəxəssis, böyük mütəxəssis vəzifələrində çalışıb.
2015-ci ildən etibarən müxtəlif lokal qurum və təşkilatlara, kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan biznes vahidlərinə Logistika və Əməliyyatlar xidmətlərinin, İnzibati İdarəetmənin təşkilinin optimallaşdırılması, təkmilləşdirilməsi və yaxşılaşdırılması üzrə təkliflər verir.