Murtuzali Hasanov
Public Administration Expert
1984-cü ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsini bitirərək iqtisadçı-təşkilatçı ixtisasına yiyələnib.
Əmək fəaliyyətinə 1984-cü ildə Füzuli rayon “Kəndtəsərrüfatenerji” müəssisəsində iqtisadçı kimi başlayıb.
1986-1993-cü illərdə Füzuli 2 saylı üzüm emalı zavodunda böyük və baş iqtisadçı vəzifələrində çalışıb.
1993-1995-ci illərdə Bakı şəhəri Xətai Rayonu Statistika şöbəsində iqtisadçı, daha sonra Bakı Şəhər Statistika İdarəsində aparıcı iqtisadçı kimi fəaliyyət göstərib.
1995-1996-cı illərdə Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının idarəetmə aparatının “Qaçqınlar və Məcburi köçkünlər” Mərkəzində II dərəcəli müfəttiş kimi çalışıb. Respublika ƏSMF-nin Yasamal şöbəsində baş müfəttiş işləyib.
1996-2003-cü ilərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Müdafiə orqanlarında avtomatlaşdırılmış idarəetmənin təşkili idarəsində I dərəcəli nəzarətçi, nəzarət təftiş və iqtisadi təhlil şöbələrində baş müfəttiş və baş iqtisadçı kimi fəaliyyət göstərib.
2003-2006-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə ikinci ali təhsili alıb.
2004-2010-cu illərdə “Büllur-İnşaat” Mənzil Tikinti Kooperativində sədr vəzifəsində çalışıb.
2010-2017-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) Ərazi bölmələri ilə əlaqə şöbəsində sektor və şöbə müdiri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Reyestr və kadastr şöbəsində sektor və şöbə müdirinin müavini kimi fəaliyyət göstərib. Tabeli qurumlarla iş şöbəsində şöbə müdirinin müavini kimi çalışıb. Dövlət qulluğunun kiçik müşaviridir.
2018-ci ildən Azərbaycan Metrologiya İnstitutunda Baş direktorun müşaviridir.