ABOUT EXPERT

About Expert

Rauf Nasirov

Expert on Public Relations

1987-1992-ci illərdə Аzərbaycan Dövlət Neft Akademiyası, kimya texnologiyası fakültəsini bitirib, neft və qazın kimyəvi emalı ixtisası üzrə ali təhsil alıb. 


Əmək fəaliyyətinə 1992-ci ildə V.İlyiç adına Bakı Neft Emalı, hal-hazırda H.Əliyev adına Neft Emalı Zavodunda operator kimi başlayıb.


1994-1996-cı illərdə AZƏRREAXİM Dövlət kommersiya firmasında mühəndis və Bakı Farmaseft zavodunun Xarici əlaqələr şöbəsinin əməkdaşı kimi fəaliyyət göstərib.
 
 

1997-2019-cu illərdə jurnalist fəaliyyəti ilə məşğul olub və bu illər ərzində «Al-ver» və «Наш век»  qəzetlərində müxbir, «Ежедневные Новости» və «Неделя» qəzetlərində iqtisadiyyat-sosial şöbəsinin, «ЭХО» qəzetinin iqtisadiyyat şöbəsinin, «Бакинский рабочий» qəzetinin iqtisadiyyat və siyasət şöbəsinin müdiri vəzifələrində çalışıb.


2006-cı ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin və 2009-2011-ci illərdə Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində işləyib.
 Müxtəlif illərdə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən təşkil olunmuş treyninq və seminarlarda iştirak edib: 

·BMT-nin Azərbaycandakı nümayəndəliyi və Beynəlxalq Mətbuat Klubu tərəfindən təşkil edilmiş “İnsan İnkişafı Hesabatlarının mətbuatda işıqlandırılması”;

· Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı;

· BMT-nin Azərbaycandakı nümayəndəliyi, Oxfam humanitar təşkilatı və Beynəlxalq Mətbuat Mərkəzi tərəfindən təşkil edilmiş “Minilliyin İnkişaf Məqsədləri və Azərbaycanda yoxsulluğun azaldılması” mövzusunda seminar-məşğələ;

·Sahibkarlığın və Bazar İqtisadiyyatının Yardım Fondu (SBİİYF) tərəfindən iqtisadi            mövzularda yazan jurnalistlər üçün təşkil edilmiş təkmilləşdirmə kursları və sairə.

Jurnalistika sahəsində çalışdığı müddət bir neçə nüfuzlu müsabiqələrdə birinci yerlərə layiq görülüb, mükafatlandırılmışdır. Aldığı diplomların içində: 

·BMT-nin İnkişaf Proqramının keçirdiyi “Yoxsulluq və AİDS” mövzusunda ən yaxşı jurnalist işi müsabiqəsində 1-ci yer;

·ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAİD), World Learning və İnternews Azerbaijan təşkilatları tərəfindən “Korrupsiyanın iqtisadi nəticələri” mövzusunda jurnalistlər üçün təşkil edilmiş müsabiqədə 1-ci yer;

·Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq “Azərbaycançılıq ideyasının təbliği” nominasiyasında fərdi yazı müsabiqəsinin qalibi;

·Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası ilə müəyyən edilmiş İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi prioritet sahə üzrə jurnalist yazılarının müsabiqəsində 1-ci yer diplomlarını nümunə kimi göstərə bilərik. 

«Фондовый рынок – разведка боем» başlığı altında dərc edilmiş elmi-publisistik kitabın və eyni zamanda qiymətli kağızlar bazarının ayrı-ayrı aspektlərini açıqlayan 13 elmi tezis və məqalələrin müəllifidir.